MƏDƏNİYYƏT NAZİRLİYİNİN RÜSVAYÇI FESTİVALINDA OLMUŞ JURNALİST NƏLƏR DANIŞDI: UTANIRAM…backend

MƏDƏNİYYƏT NAZİRLİYİNİN RÜSVAYÇI FESTİVALINDA OLMUŞ JURNALİST NƏLƏR DANIŞDI: UTANIRAM…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi və digər dövlət və özəl qurumların təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında jurnalistlər çətin anlar yaşayıb. Festivalda iştirak edən jurnalistlərdən biri APA İnformasiya Agentliyinin əməkdaşı Nihat Pir məsələnin detalları ilə bağlı TİA.Az-a danışıb. O, həmkarlarının laqeyd münasibətindən gileylənib:
“Birinci növbədə, bəzi jurnalistlərə səslənirəm ki, bu boyda hörmətsiz vəziyyətdən, təşkilati baxımdan məsuliyyətsizlikdən yazmağımıza, irad bildirməyimizə rəğmən, sırf yemək məsələsini qabartmaları, bizləri qarın davası edən kimi təqdim etmələri çox utancvericidir.


Festivala gəlincə, hər şey ortadadır, yazdığımızı yazdıq, dediyimizi dedik. Ortada böyük bir məsuliyyətsizlik var. Hansı ki bu boyda bir festivalda belə bir yanaşma qəti şəkildə ört-basdır edilə bilməz. Oturmusansa, mütləq çay sifariş etməlisən. Olsun, amma niyə çay 5 manatdır? Bunun adı talançılıq, əclaflıq, şəxsiyyətsizlikdir.
Qutab 2,50 – 3 manat, kababa ümumiyyətlə yaxın getmək olmurdu. Adi suların qiymətini isə yazmağa utanıram.
Nə qidalanma, nə yerləşdirilmə, nə nəqliyyat, nə bizim bir media işçisi kimi qarşılanmamız, təqdimimiz… heç biri yerində deyildi. Halbuki media olmasa, o festival elə bil ki, yoxdur, keçirilməyib. Adamın öz əziyyətinə heyfi gəlir sadəcə. Nə bilim, vallah, əfsus, səd-əfsus”.
Qeyd edək ki, nazirlik iyulun 30-da ölkəmizin müxtəlif media orqanları nümayəndələrinin Hacıkənd qəsəbəsinə səfərini təşkil edib.
Səfərdən dönüş zamanı saat 20 radələrində media nümayəndələrini daşıyan avtobus festival ərazisindən yola düşüb. Təxminən 700 metr məsafə qət olunduqdan sonra güclü yağış yağmağa başlayıb, torpaq yolda yaranmış palçıq nəqliyyat vasitəsinin hərəkətində çətinlik yaradıb.Mədəniyyət Nazirliyi kəskin hava və çətin relyef şəraiti ilə əlaqədar yaranmış xoşagəlməz vəziyyətə görə mtəəssüf hissi keçiribedia nümayəndələrindən və qonaqlardan qaşılaşdıqları duruma və narahatlığa görə üzr istəyib.

Aytac

TİA.Az