Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu vergi borcu olan şirkətə milyonluq tender verdibackend

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu vergi borcu olan şirkətə milyonluq tender verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu Ramana qəsəbəsi ərazisində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
TİA.AZ  vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Kür-Araz Şirkəti” MMC-dir.
Qalib şirkətə 6 691,3 min manat ödəniləcək
Qeyd edək ki, “Kür-Araz Şirkəti”nin 11 632,62 manat vergi borcu var. Şirkət 2004-cü ilə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 2 012,2 manat, qanuni təmsilçisi isə Pərviz Əlimusa oğlu Məmmədovdur.