Tribuna İnformasiya Agentliyi

Mebel nəhəngindən tarixi qərar: plastikdən imtina edir

12 İyun
İsveçin mebel nəhəngi IKEA tarixi qərara imza atıb.
TİA.AZ xəbər verir ki, şirkət 2020-ci ildən etibarən tək istifadə üçün nəzərdə tutulan plastik məhsullarını ticarət mərkəzləri və restoranlarından yığışdıracaq. Bu məhsullar arasında plastik qab, çəngəl, qaşıq, bıçaq, zibil paketi və s. var. Növbəti 2 il ərzində şirkət təbiətdə asanlıqla parçalana bilən materiallardan məhsullar hazırlamağı planlaşdırır.
IKEA həmçinin bərpa olunan enerji üçün yatırım edib. 1,7 milyard dollar vəsait ayıran şirkət 416 külək turbini inşa edəcək.