MDU “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurla təmsil olunubbackend

MDU “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurla təmsil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Dövlət Universiteti (MDU) Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurla təmsil olunub.
Universitetdən TİA.AZ-a bildirilib ki, Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ölkənin 48 ali təhsil ocağı arasında keçirilən bilik yarışında MDU komandası 11-ci yerdə qərarlaşıb.
Diqqətə çatdırılıb ki, bilik yarışı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, irsinin, eləcə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılmış Vətən müharibəsi və şanlı Zəfər tarixinin öyrənilməsi və təbliği məqsədi daşıyır.
Yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub və noyabrın 6-da onlar üçün müvafiq təlim keçirilib.
Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.
Üç turdan ibarət olan bilik yarışının hər turunda 12 sual cavablandırılıb. Suallar komandalara əvvəlcədən təqdim olunan mövzular əsasında tərtib edilib. Turların sonunda ümumi qiymətləndirmə üzrə qalib komandalar müəyyən edilib. Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub.
Noyabrın 19-da MDU-nun rektoru Şahin Bayramov bilik yarışında iştirak edən universitetin komanda üzvləri ilə görüşüb. Görüşdə rektor MDU-nu layiqli təmsil etdiklərinə görə tələbələrə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Qeyd edək ki, sözügedən bilik yarışında iştirak etmiş MDU komandasının tərkibində universitetin Pedaqoji fakültəsinin tələbələri Xədicə Abdullayeva (kapitan), Vəfa Mustafazadə, Əli Abbasov, Sevinc Əhmədova, Səma Süleymanova və Sahil Abbasov yer alıb. Komandanı yarışda MDU rektorunun müşaviri Hamiz Mahmudov və Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov müşayiət ediblər.