MDU əməkdaşının monoqrafiyası beynəlxalq sərgidə qızıl medala layiq görülübbackend

MDU əməkdaşının monoqrafiyası beynəlxalq sərgidə qızıl medala layiq görülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyə Allahverdiyevanın həmmüəllifi olduğu və cari ilin mart ayında Almaniyanın “Lambert Academic Publishing” nəşriyyat evində çap edilmiş “Kompüter riyaziyyatında məlumatların təhlükəsizliyinin texniki-texnoloji və metodoloji xüsusiyyətləri” adlı monoqrafiya bu ilin iyun-iyul aylarında Londonda keçirilmiş “London Book Fair” kitab sərgisində iştirakçı sertifikatı və qızıl medalla təltif olunub.

MDU-dan  TİA.AZ-a bildirilib ki, digər müəllifi Azərbaycan Dövlət Dəniz Akademiyasının professoru Rövşən Hümbətəliyev olan monoqrafiyada təbii proseslərin riyazi modellərinin yaradılaraq kompüterdə həlli üsullarının texniki-texnoloji və metodoloji xüsusiyyətləri tədqiq edilib.

Monoqrafiya 8 dildə – ingilis, alman, fransız, ispan, portuqal, polyak, holland və italyan dillərinə tərcümə olunaraq çap edilib.