Tribuna İnformasiya Agentliyi

Mbappe ölkəsində ilin ən yaxşı futbolçusu seçilib

26 Dekabr

PSJ komandası və Fransa milli komandasının hücumçusu Kilian Mbappe ölkəsində ilin ən yaxşı futbolçusu seçilib.

Trend-in məluamtıan görə, futbolçu Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında milli komandasının tərkibində dünya çempionu olub və dünyanın ən yaxşı gənc futbolçusu elan edilib.

 Bundan başqa, Kilian ötən mövsüm “PSJ”nin heyətində Fransa çempionu adını qazanıb. Cari mövsüm ərzində, hücumçu bütün turnirlərdə 26 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.