Mayk Tayson rinqə blogger qardaşlara qarşı döyüşlə qayıda bilərbackend

Mayk Tayson rinqə blogger qardaşlara qarşı döyüşlə qayıda bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson yenidən rinqə qayıdacağı vaxtı açıqlayıb.

TİA.AZ xəbər verir ki, əfsanəvi idmançı “The Sun” nəşrinə açıqlamasında gələn ilin əvvəlində döyüş keçirmək istədiyini bildirib.

O, hələlik rəqibini müəyyənləşdirmədiyini söyləyib: “Fevralda döyüşmək istəyirəm. Hazırda rəqiblə bağlı xeyli şübhələrimiz var. Bu, ciddi çağırış olmalıdır”.

İddiaya görə, Taysonun rəqibi Ceyk və ya Loqan Pol qardaşlarından biri ola bilər. Hər iki blogger artıq boksda debüt ediblər.

Keçmiş boksçu bildirib ki, yüksək qonorar qarşılığında yutub fenomani olan qardaşlarla qarşılaşa bilər.

Qeyd edək ki, Mayk Tayson peşəkar karyerasını bitirdikdən sonra ilk döyüşünü ötən ilin noyabrında digər keçmiş dünya çempionu Roy Consa qarşı keçirib. Görüş heç-heçə yekunlaşıb.