Mayın 28-i ictimai nəqliyyat işləyəcək? – RƏSMİ AÇIQLAMAbackend

Mayın 28-i ictimai nəqliyyat işləyəcək? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, 28 may Respublika günü ilə əlaqədar ölkədə qeyri-iş günüdür.
Qeyri-iş günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulduğunu nəzərə alsaq, belə bir sual yaranır: Cümə günü ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulacaqmı?
TİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı  danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu barədə hələ ki məlumat yoxdur:
“İctimai nəqliyyatın hərəkətinə məhdudiyyətin tətbiq edilməsi səlahiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusdur.
Mayın 28-də belə bir qadağa tətbiq edilərsə, qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək”, – deyə qurum rəsmisi qeyd edib.