Mayakovskinin Bakıdan Moskvaya apardığı ARAYIŞbackend

Mayakovskinin Bakıdan Moskvaya apardığı ARAYIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sovet poeziyasının məşhur şairi Vladimir Mayakovski Bakıya gəlişlərinin birində onu leytenant
Şmidt adına zavodun  təzə açılmış Mədəniyyət Sarayına  fəhlələrlə görüşə dəvət edirlər.
Təşəbbüsçü Mayakovskini yaxşı tanıyan, onunla vaxtilə dostluq münasibətləri olan, sonralar zavodun
mühasibliyində işləyən bir rus imiş.
Mayakovski deyir ki, bəs daha fəhlələlə görüşə getmir. Guya Moskvada rus tənqidçiləri yazırlar ki, fəhlələr Mayakovskini başa düşmürlər. Xülasə, iki dost “GÖYGÖL” mehmanxanasının restoranında xudmani bir məclisdə razılığa gəlirlər.

Mayakovski dostu ilə zavoda gəlir. Zavodun təzə tikilmiş Mədəniyyət Sarayının 400 nəfərlik zalında boş yer yox imiş.  Fəhlələr şairi gözləyirmişlər.
Şairin hər çıxışı gurultulu və sürəkli alqışlarla qarşılıanır. Mayakovski həyəsanlı və sevincli halda zala
müraciət edir:

– Siz məni başa düşürsünüz?

Zal suala gurultulu alqışlarla cavab verir.

– Onda gəlin bu alqışları hesablayaq.

Sayırlar. Bir nəfərdən başqa, zaldakıların hamısı Mayakovskinin poeziyasına və natiqliyinə yüksək qiymət
verir. O bir nəfər isə Mayakovski ilə “Göygöl”də badə badəyə vuran mühasib dostu idi.

Yəqin ki, mühasib “Göygöl” görüşündən sonra hələ də özünə gəlməyibmiş.

Həmin arayış Moskvada V.Mayakovskin arxivində saxlanılır.(modern.az)