“Masters” turniri: Nicat Abasov məğlubiyyətsiz irəliləyirbackend

“Masters” turniri: Nicat Abasov məğlubiyyətsiz irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin üçüncü turunun oyunları keçirilib.

TİA.AZ xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov üçüncü turda qara fiqurlarla Polşanın ən güclü şahmatçısı Yan-Kşıştof Duda ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Üç turun birini qələbə, ikisini heç-heçə ilə başa vuran N.Abasov 2 xalla ikinci yerdə qərarlaşıb.

Turnir 7 turdan ibarətdir.