Maska taxmayan deputatlar cərimələnə bilər? – DİN-dən açıqlamabackend

Maska taxmayan deputatlar cərimələnə bilər? – DİN-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, deputat Razi Nurullayev həmkarı Ramil Həsənin maska taxmadığına görə cərimələnməsinə etiraz edib. O, deputatların maskaya görə cərimələnməsinin doğru olmadığını bildirib.

Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Nazirlər Kabienti yanında Operativ Qərargahın qərarlarında millət vəkillərinin maska taxmamaqla bağlı cərimələnməsinə dair heç bir göstəriş yoxdur:

“Bu qayda daşıdığı vəzifədən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəsə şamildir. Hər kəsin bütün qapalı məkanlarda tibbi maskadan istifadə etməsi məcburidir”.

Xatırladaq ki, bir müddət öncə Siyavuş Novruzov da cərimələnməsinə etiraz edərək DİN-i məhkəməyə vermək istəmişdi