Tribuna İnformasiya Agentliyi

“Maşın” şouda iştirak edəcək 3 məşhurun adı bəlli oldu

10 May

Gərgin mübarizə, yuxusuz gecələr, ac və susuz vəziyyətdə saatlarla avtomobil ətrafında dayanan tanınmışlar…
Bəli, məşhurlar arasında ən qızğın söz davalarına səbəb olan “Maşın” realiti şousu yenidən efirə qayıdır.
Ramazan ayında yayımlanması nəzərdə tutulan verilişin iştirakçıları barədə hələlik açıqlama verilməsə də, Minval.info özəl olaraq bəzi adlar əldə edə bilib.
Belə ki, meyxanaçı Pərviz Bülbülə, onun duet ortağı Türkan Vəlizadə və müğənni Damla avtomobilin üzərinə əllərini qoyaraq 18 gün boyunca mübarizə aparacaqlar. Bundan əlavə Şəbnəm Tovuzlunun da yarışmaçılar arasında olması gözlənilir.
Şounun qalibinə təqdim ediləcək bahalı maşının markası isə hələ bəlli deyil.
Qeyd edək ki, əməkdar artist, tanınmış şoumen Murad Dadaşovun “Maşın” realiti şousu 2005-ci ildən efirdədir. Sonuncu şou ötən ilin oktyabrında keçirilib və müğənni Talıb Tale “Nissan Altima” avtomobilinə sahib olub.