MAŞIN SIĞORTASI İLƏ BAĞLI ÖNƏMLİ QƏRAR: SÜRÜCÜLƏRƏ ZƏRƏR, YOXSA? – RƏYbackend

MAŞIN SIĞORTASI İLƏ BAĞLI ÖNƏMLİ QƏRAR: SÜRÜCÜLƏRƏ ZƏRƏR, YOXSA? – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əslində, bu, qəliz bir prosedur deyil və dünyanın bir çox ölkələrində illərdir ki, tətbiq olunur”. TİA. Az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Mərkəzi Bankın avtomobillərin icbari sığortası ilə bağlı təsdiqlədiyi yeniliyə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, bu, olduqca maraqlı yenilikdir:
“Biz illərdir ki, sözügedən məsələ haqda danışırıq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hər bir sürücü yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərəri öz sığorta şirkətindən ala bilər.
Bu, müsbət bir yanaşmadır və biz bunu alqışlayırıq. Yəni sürücünün üzərində çətin bir iş qalmır.

Sığorta şirkətləri prosesi öz aralarında həll edir. Əslində, bir çox sığorta mövzuları var ki, onları da nəzərə alsalar, yaxşı olar. Məsələn, son vaxtlar sığorta şirkətləri qanunsuz olaraq “Prius” avtomobillərini, daha çox taksi xidməti üçün istifadə olunan maşınları sığortalamaqdan imtina edirlər. Bu, qanunsuzdur. Yaxud da ödənişlər olunarkən süründürməçiliyə yol verirlər. Sığorta sisteminə nəzarət edən qurumlar bu məsələləri də nəzərə alsalar, yaxşı olar. Sözügedən yeniliyə gəldikdə isə zərərçəkən üçün nə fərqi var zərəri A şirkəti yoxsa B şirkəti ödədi. Əsas ödənişə qədər olan mərhələ necə həyata keçirilir? Ümumilikdə prosesi nəzərə alsalar, daha yaxşı olar”

Yeni qaydaya görə, bu il noyabr ayının 1-dən etibarən icbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəf deyil, sığortalandığı şirkət qarşılayacaq. Sonrakı proses sığorta şirkətləri arasında tənzimlənəcək.

Aytac

TİA. Az