Maşın almaq istəyənlərin nəzərinə! – Qiymətlər payızadək belə olacaqbackend

Maşın almaq istəyənlərin nəzərinə! – Qiymətlər payızadək belə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son aylar ərzində Azərbaycanın avtomobil bazarında bahalaşma qeydə alınmayıb.

Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, bu ilin başlanğıcında ötən dövrlə müqayisədə avtomobil bazarında təxminən 2-5 faiz qiymət artımı müşahid edilib: “Aprelə nisbətən may ayında avtomobil bazarında canlanma olub. Yay fəslinə doğru getdikcə, avtomobil alanların sayı artır. Bu ilin payızına kimi avtomobil bazarında ciddi qiymət artımı müşahidə etməyəcəyik”.

E.Cəfərovun fikrincə, 2-5%-lik qiymət artımı istehlakçı şirkətlərlə bağlıdır: “İkinci əl avtomobil bazarında əsas tələb heçbek və sedanlaradır. Onların mühərrik həcmi 1500-dən 2500 kubsantimetrə qədərdir. Bundan əlavə, yeni maşınların bazarında isə tələb krosoverlərədir”.