Masazır sakinlərindən etiraz: “Azərsu” problemimizi həll etmir (VİDEO)backend

Masazır sakinlərindən etiraz: “Azərsu” problemimizi həll etmir (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Abşeronun Masazır kəndində tullantı sularından göl əmələ gəlib.
Bu barədə ARB24-ün “İş vaxtı” verilişində yayımlanan süjetdə bildirilib. Sakinlər açıq əraziyə axıdılan çırkab suları səbəbindən ətrafa üfunətli qoxu yayıldığını qeyd ediblər. Onlar aidiyyəti qurumlara müraciət etsələr də, müraciətin cavabsız qaldığını deyirlər.
Məsələ ilə bağlı açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı qurumun bundan xəbərdar olduğunu bildirərək, ərazidə tulantı su infrastrukturun olmadığını deyib. O, dövlət büdcəsindən ayrılan vəsait hesabına Abşeronda mərhələli şəkildə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturun yaradılmasının nəzərdə tutulduğunu bildirib.