Masallıya yeni mer təyin olundubackend

Masallıya yeni mer təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
TİA.AZ xəbər verir ki,Masallı şəhərinə inzibati ərazi dairəsi üzrə nümayəndə təyin olunub.
Əbülfəz Asif oğlu Nuriyev Masallı rayon İcra hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun 27 aprel 2021-ci il tarixli müvafiq əmri ilə Əbülfəz Asif oğlu Nuriyev Masallı rayon İcra hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur.
Əbülfəz Nuriyev 20.08.1963-cü ildə Masallı rayonunun Musaküçə kəndində anadan olub. 1987-ci ildən Masallı şəhər Qarabağ küçəsində yaşayır. 1970-1980-ci illərdə Musaküçə kənd tam orta məktəbində orta təhsil almış, 1980-1985-ci illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis mexanik peşəsi üzrə ixtisaslaşmışdır. 1985-1986-ci illərdə 4№-li Masallı rayon Meyvə-tərəvəz müəssisəsində II dərəcəli çilingər, 1986-1987-ci illərdə 4№-li Masallı rayon Meyvə-tərəvəz müəssisəsində təhlükəsiz üzrə mühəndis, 1987-1991-ci illərdə LKGİ-nin Masallı rayon komitəsinin idman və kütləvi müdafiə şöbəsinin müdiri, 1991-1992-ci illərdə AGİ Masallı rayon komitəsinin təşkilat şöbəsinin müdiri, 1992-1994-cü illərdə AGİ Masallı rayon Məclisinin sədr müavini və sədri, 1994-2001-ci illərdə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi, 2001-2007-ci illərdə Masallı rayon Mətbuatyayım şöbəsinin rəisi, 2007-2011-ci illərdə Masallı rayon Mətbuatyayım şöbəsinin rəis vəzifəsinin icraçısı, 2011-2016-cı illərdə Masallı rayon Mətbuatyayım şöbəsinin rəisi və 2016-2021-ci illərdə Masallı rayon 2 saylı Regional Mətbuatyayım idarəsinin rəisi vəzifələrində çalışmışdır.
Ailəlidir. 3 övladı var.
Əbülfəz Nuriyevə yeni vəzifəsində uğurlar arzulayırıq!
TİA.AZ