Tribuna İnformasiya Agentliyi

Masallının Sərçuvar kəndində növbəti səyyar görüş keçirilib-FOTO

16 May

16 may 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş – qəbulu Sərçuvar kəndində keçirilmişdir. Səyyar görüş- qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və 130-dan çox kənd sakinləri iştirak etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O, cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Sonra rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Nəsrəddin Nəcəfquliyev, Rahib Qafarov, Cəbrayıl Bayramov, Şəhla Abdullayeva, Ağacamal Ağarəhimov, Həbib Abıyev və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, sonra təkliflə çıxış edərək yararsız işıq və telefon dirəklərinin dəyişdirilməsi, payıbəlli torpaq sahəsinin ayrılması, Viləş çayından gələn suyun əkin sahələrinə veriməsi, yeni tikilmiş uşaq bağçasının qaz xəttinə qoşulması, çəltik məhsulunun satılmasına kömək göstərilməsi məsələlərini gündəmə gətirmişlər.
Görüşdə çıxış edən Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlardan, ölkəmizdə, o cümlədən Masallı rayonunda sosial – iqtisadi inkişaf sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

TİA.AZ