Masallıda şəhidlər abidələrinin açılışı oldu – VİDEO/FOTObackend

Masallıda şəhidlər abidələrinin açılışı oldu – VİDEO/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunda Vətən uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə Bədəlan kəndində “Şəhidlər Bulağı”, Çayqıraq kəndində və Boradigah qəsəbəsində isə “Şəhidlər Abidəsi”-nin açılışı olub.



Asiya TV xəbər verir ki, “Boradigah Şəhidlər Abidəsi” kompleksi bu il məktəb məzunu olmalarının 20 illik yubleyini qeyd edən qəsəbə sakinləri tərəfindən inşa edilib.
Tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, ağsaqqallar və gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz işğalçı ermənilər üzərində tarixi Qələbə qazandı. Böyük Qələbə ilə nəticələnən 30 illik həsrətimizə son qoyuldu. Şəhidlər bizim qürurumuzu qaytardılar. Allah şəhidlərimizə rəhmət eləsin.

Tədbirə iştirak edən Milli Qəhrəman, General-mayor Polad Həşimovun anası Səmayə Həşimova bildirdi ki, istəyirəm gələcəkdə savadlı hərbçilərimiz, generallarımız çox olsun. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazandıq. Allah bütün şəhidlərimizə rəhmət etsin, bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!
Masallıda şəhidlər abidələrinin açılışı oldu - VİDEO/FOTO
Çıxış edən şəhid İbrahim Rükabzadənin əmisi Gülhüseyn Talıbov qardaşı oğlunun qəhramanlıq yolundan danışdı. O, bildirdi ki, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Belə dəyərli övladlar yetişdirən bütün şəhid ailələrimizlə qürur duyuruq.

Azərbaycan Qazilər Şurasının üzvü, Masallı, Cəlilabad və Biləsuvar rayonları üzrə qazisi Ağarəşid Talıbov şəhidlərimizin ruhuna dualar oxuyub, ruhlarına Tanrıdan rəhmət dilədi.
Masallıda şəhidlər abidələrinin açılışı oldu - VİDEO/FOTO
Sonra tədbir iştirakçıları Bədəlan kəndində Bədəlan Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə ərsəyə gələn “Şəhidlər Bulağı”-nın açılışında iştirak etdilər.

Xeyriyyə Cəmiyyətinin sədri Famil Məcidov bildirdi ki, abidə-kompleks şəhid Edəniz Rəsulovun anası Məryəm Rəsulovanın maliyyə dəstəyi ilə inşa edilib.
Şəhid anası çıxış edərək, şəhidlərimizə uca Tanrıdan rəhmət dilədi. Şəhidlər bulağının tikilməsində zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirdi.
Tədbirdə iştirak edən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri, xeyriyyəçi xanım Arzu Bağırova dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açdı.
Masallıda şəhidlər abidələrinin açılışı oldu - VİDEO/FOTO
Daha sonra Masallı rayon Çayqıraq kənd ümumi orta məktəbinin həyətində Çayqıraq kənd şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılışı oldu. Tədbir iştirakçıları abidənin önünə tər gül dəstələri qoyaraq şəhidlərimizə Allahdan rəhmət dilədilər.