Masallıda şəhid İntiqam Abbasovun anım mərasimi keçirildibackend

Masallıda şəhid İntiqam Abbasovun anım mərasimi keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunun Köçəkli kəndində Vətən Müharibəsi şəhidi baş gizir İntiqam Abbasovun ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Tia.az xəbər verir ki, Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş baş gizir İntiqam Abbasovun birinci ildönümü ilə bağlı anım mərasimi şəhidin anadan olduğu Masallı rayonu Köçəkli kəndində baş tutub.

Kənd məscidində keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər iştirak ediblər.

İcra başçısı qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti və tapşırığı sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Məhz bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və əbədi yaddaşımızda yaşayacaqlar…

Anım mərasimində 44 günlük Vətən müharibəsində və Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib.
İl mərasiminin sonunda Köçəkli kənd qəbiristanında uyuyan şəhid baş gizir İntiqam Abbasovun məzarı ziarət olunub, ruhuna dualar oxunub.