Masallıda “Qəhrəmanlar Parkı”nın açılışı oldu-FOTObackend

Masallıda “Qəhrəmanlar Parkı”nın açılışı oldu-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Masallının “Qəhrəmanlar Parkı” deputat Məşhur Məmmədovun maliyyə dəstəyi ilə yenidən qurulur, təmir-bərpa işləri aparılırdı. Bu gün aparılan təmir-bərpa işlərindən sonra Ulu Öndərin ad günündə “Qəhrəmanlar Parkı”nın açılışı oldu.
Parkda Millət vəkili Məşhur Məmmədovun dəstəyi ilə birinci Qarabağ müharibəsində və Vətən müharibəsində itkin düşən, şəhidlik zirvəsinə ucalan Masallı igidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılmışdır. Abidə üzərində şəhidlərimizin ad və soyadları həkk olunub. Bir aydan çoxdur ki, işlər sürətlə davam etdirilirdi. Görülən işlərə şəxsən Millət vəkili Məhşur Məmmədov və rayon rəhbərliyinin məsul əməkdaşları nəzarət edirdi. Parkın açılışında Masallı RİH-nin başçısı Şahin Məmmədov, deputat Məşhur Məmmədov, Anar İsgəndərov, rayon rəhbərliyi və şəhid ailələri pandemiya və karantin qaydalarına əməl etməklə iştirak ediblər. Çıxış edənlər qeyd edib ki, Masallıda şəhid ailələrinə diqqət hər zaman, yüksək səviyyədə olmuşdur. Rayon rəhbəri Şahin Məmmədov və Millət vəkili Məhşur Məmmədov hər zaman şəhid ailələrinin yanında olur, onların problemləri ilə maraqlanır, qayğılarına qalırlar. Şəhidlərimizin doğum və anım günləri qeyd olunur və heç vaxt unudulmur. Sonda tədbir iştirakçıları “Qəhrəmanlar Parkı”nda ucaldılmış abidənin ətrafına gül-çiçək dəstələri düzərək şəhidlərin ruhuna dualar oxumuş, göstərilən maddi və mənəvi dəstəyə görə təşkilatçılara təşəkkürlərini bildirmişlər.

TİA.AZ