Masallıda “Qəhrəman Nayib” filminin nümayişi oldu – VİDEO/FOTOLARbackend

Masallıda “Qəhrəman Nayib” filminin nümayişi oldu – VİDEO/FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunda “Vətən uğrunda” və ”Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilən, Vətən Müharibəsi şəhidi baş çavuş Nayib Qasımovun xatirəsinə ithaf olunan “Qəhrəman Nayib” adlı sənədli filminin nümayişi olub.

Asiya TV xəbər verir ki, Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən film nümayişində şəhidin ailə üzvləri, yaxınları, rayon ziyalıları, KİV nümayəndələri iştirak edib.

Əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyev bildirib ki, “Qəhrəman Nayib” sənədli filmi “Nur” videostudiyası ilə “Cənubunsəsi.az” xəbər portalının birgə layihəsidir. Sənədli filminin ssenari müəllifi Mərhəmət Lələyev, quruluşçu rejissoru Elsevər Əliyev, operator və montaj rejissoru isə Faiq Mirzədir.

Filmdə Xüsusi təyinatlı baş çavuş şəhid Nayib Qasımovun həyatı və şərəfli döyüş yolu barədə şəhidin ailə üzvləri, yaxınları öz xatirələrini bölüşüblər.
Filmin nümayişindən sonra şəhidin atası Akif Qasımov filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə öz minnətdarlığını bildirib.
Masallı rayon İcra hakimiyyəti yanında yaradılan ictami şuranın sədri, tərəqqi medallı jurnalist Əyyub Mehdiyev çıxış edərək film haqqında xoş fikir və təəssüratlarını bölüşüb.

2016-cı il Aprel döyüşlərində şəhid olan Nurlan Əsgərli və “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin anası Ziba Əsgərova oğlanlarının da Nayib kimi kəşfiyyatçı olduğunu xatırladaraq, onların döyüş yolundan söz açıb.

Şəhidin əmisi, ehtiyatda olan zabit Tofiq Qasımov çıxışında qardaşı oğlunun uşaqlıqdan vətənpərvər böyüdüyünü, öz igidliyi ilə təkcə ailəsinin deyil, bütün rayonun adını uca etdiyini qeyd edib.

Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov Vətən müharibəsində iştirakından, ordumuzun qələbəsindən geniş danışıb.

“Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov çıxış edərək, şəhid Nayib Qasımovun və digər şəhidlərimizin qəhrəmanlığından, onların özləri üçün seçdiyi şərəfli yoldan danışıb.

Sonda filmin nümayişi üçün yaratdığı imkana görə Masallı Rayon Heydər Əliyev Mərkəzinə minnətdarlıq edilib.