Tribuna İnformasiya Agentliyi

Masallıda növbəti səyyar görüş-qəbul

08 May

8 may 2019-cu il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş – qəbulu Banbaşı kəndində keçirilib.  Səyyar görüş-qəbulda 150-dən çox kənd sakini iştirak edib.

Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən, cənab Prezidentin tapşırığına əsasən, Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat verib.

Sonra rayon İcra hakimiyyətinin başçısı sakinlərin, onları narahat edən məsələlər barədə məlumat və təkliflərini dinləyib. .

Ərazi sakinlərindən Əzim Əzimov, Akif Feyzullayev, Yadigar Əzizov, Mais Əhədov, Mais Teymurov, Böyükxan Rəhimov, Dövlət Bayramov, Firudin Abışov, Ələşrəf Zeynalov və başqaları çıxış edərək uşaq bağçasının tikilməsi, Binə Xocavar yolunun təmiri, Binə Xocavarda yeni məktəbin tikilməsi məsələsini gündəmə gətiriblər.

Rayon icra hakimiyyətinin başçısı görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.