Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən baxçanın açılışı oldu – Fotolarbackend

Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən baxçanın açılışı oldu – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Masallı şəhərində balacaların bayram sevincinə bayram qatılıb. Belə ki, müasir tələblərə cavab verən Masallı şəhər 1 saylı uşaq baxçası balacaların ixtiyarına verilib.
Baxçanın açılışında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, Heydər Əliyev Fondundan gəlmiş nümayəndələr iştirak edib.
Masallı RİH-dən TİA.AZa daxil olan məlumata görə baxça Heydər Əliyev Fondunun təşəbbüsü ilə gənc sahibkar xanım Mədinə Məşhur qızı Şahbazovanın dəstəyi ilə tikilib, uşaqların istifadəsinə verilib.
Müasir standartlara cavab verən baxçada uşaqlar üçün hər bir şərait yaradılıb.