Masallıda daha bir şəhid bulağı açıldı- FOTObackend

Masallıda daha bir şəhid bulağı açıldı- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Masallı rayonu Banbaşı kəndində Şəhid Akifzadə Elmir Gündüz oğlun adına bulağın açılış mərasimi keçirildi. TİA.AZ xəbər verir ki, açılış mərasimində Rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və kənd camaatı iştirak edirdi. Çıxış edənlər Şəhidin qəhrəmanlıq yolundan və dövlətin şəhid ailələrinə qayğısından söz açdılar. Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayacaq.