Masallı DYP-nin əməkdaşları vətəndaşı necə intihar həddinə çatdırıb…?backend

Masallı DYP-nin əməkdaşları vətəndaşı necə intihar həddinə çatdırıb…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1979-cu il təvəllüdlü Masallı rayon Ərkivan qəsəbə sakini Eynullayev Araz Əmənullah oğlu Ulutv.info saytına müraciət edərək DYP əməkdaşlarının əlindən intihar etmək həddində olduğunu qeyd edib.

Vətəndaş ,Masallı rayon Ərkivan qəsəbə sakini Eynullayev Araz Əmənulla oğlu öz istifadəsində (etibarnamə əsasında) olan VAZ-2106 markalı markalı nəqliyyat vasitəsi ilə evindən çıxıb. 44-BT-707 dövlət qeydiyyat nişanlı VAZ- 2106 markalı nəqliyyat vasitəsi ilə 17.08.2022-ci ildə ,saat 21:30 radələrində evindən çıxaraq Masallı-Ərkivan yolunda DYP əməkdaşları tərəfindən dayanma əmrinə tabe olaraq  avtomobilini dayandırmışdır. Arazın bildirdiyinə görə, DYP əməkdaşı Ruslan vətəndaşı xidməti maşınına oturmasını tələb edərək ona saxlama səbəbi olaraq nəqliyyat vasitəsinin idarəetmə sənədinin ləğv edilməsini bildirib. Lakin vətəndaş xidməti maşına əyləşən kimi onu Polis Şöbəsinə gətiriblər. Polis Şöbəsinin həyətində isə onun nəqliyyat vasitəsinə təpədən-dırnaqa qədər baxış keçirilib, daha sonra onun şöbənin daxilinə keçməsi tələb edilib.

Sürücülük vəsiqənin ləğv edilməsini söyləyərək onu Polis İdarəsinə dəvət edənlər onun sidik analizi verməli olduğunu tələb ediblər. Çox maraqlıdır ki, sürücülük vəsiqəsi ləğv edilən şəxsin belə tədarüklü halda sidik analiz verməsinə məcbur edilməsinə nə səbəb var?

Vətəndaş hətta qeyd edir ki, “Sürücülük vəsiqəsi ləğv edilməməsi üçün olan cərimənin nə qədər olduğunu soruşdum. DYP əməkdaşlarına sual etdim ki,”azdısa yerində ödəyim evdə gözləyənlər var ,vacib işim olduğundan getməyimə xahiş etsəm də mənə qarşı cinayətkar  .

DYP əməkdaşları məni buraxmaları üçün məndən 100 azn pul istədilər. Bu gün də hələ anlaya bilmirəm ki, pulu nəyə görə istədilər ,mənim cəzam nədir və nə etmişdim. Masallı rayon Yol Polis əməkdaşları dəfələrlə mənimlə belə rəftar edıblər.

Hörmətli Ulutv.info-nun rəhbəri ,inanin ki, utanıram söyləməyə , mən necə dəfələrlə intahar etmək qərarına gəlmişəm .

İntiharı polis əməkdaşlarının mənə qarşı cinayətkar kimi əl -qolumu bağlayıb aparmalarına görə deyil, ailəmin qarşısında cəkdiyim o əzaba görə  etmək istəmişəm. Bunlar mənə cəriməyə görə sürücülük vəsiqəmin hansı səbəbdən ləğv edildiyini demirlər. Lakin aparıb hər dəfəsində narkotik vasitə istifadəçilərinin testindən keçirməklə ailəmin də yanında başıaşağı olmağıma rəvac verirlər.

“Vətəndaş cəriməni yerində ödəmək istədikdə isə ondan 100 manat tələb edirlər səbəbini isə izah etmirlər. Vətəndaş o qədər pulu olmadığını söyləsə də vətəndaş Polis Şöbəsinə aparılıb. Şöbənin həyətində maşına yoxlanış keçirilmişdir. Nəqliyyat vasitəsindən heçnə tapa bilməyən polislər vətəndaşı şöbənin binasına daxil olmasını əmr etmişlər.

Həmçinin qeyd etmək lazımdır ki, Masallı rayon Ərkivan qəsəbə sakini Eynullayev Araz Əmənulla oğlunun anadangəlmə dil qüsuru vardır. Onun, danışarkən əziyyət çəkməsi real gözlə görülən haldadır. Bacısı rəhmətə getdiyindən onun övladları da vətəndaşın himayəsindədir. 10 manatlıq cərimə olduğu halda vətəndaşa sms gəlmiş və bu sms bildirişdə 10 manata dəbbə faizləri hesablanacağı qeyd edilib. Lakin Polis əməkdaşları vətəndaşa ləğv edilmə ilə bağlı bildiriş etdikdən sonra onu öz xidməti avtomobillərinə əyləşdirərək Şöbəyə aparıblar. Odur ki, vətəndaşın qüsurlu olması Polis əməkdaşlarında şübhə yaratmışdır. Bu səbəbdən göründüyü qədər onun Sürücülük vəsiqəsinin ləğv edilməsini səbəb kimi göstərərək onu aldadılaraq Polis Şöbəsinə aparılıb. Bu qədər yalanla vətəndaşı şöbəyə aparmaqın adı nədir cənab polis zabitləri…?

Vətəndaş sidik analizi verdirdikdən sonra Masallı DYP rəisi Asəf Mustafayevin onu qəbuluna apararaq məruzə edilmişdir. Məruzədə isə əməkdaşlar tərəfindən nəqliyyat vasitəsi və şəxsin axtarışı ilə birlikdə analizinin də təmiz çıxması qeyd edilib. Asəf müəllim isə öz növbəsində Araza Masallının hansı kəndindən olduğu sualını verib. O isə bildirib ki Ərkivan qəsəbəsindənəm. Bundan sonra Asəf Mustafayev ”vətəndaşa köməklik göstərib yola salın buraxın getsin evinə” deyə əmr verib.

Əməkdaşlar əmrdən dərhal sonra vətəndaşa qarşı yenidən rüşvət tələbində bulunaraq ondan buraxılması üçün 100 manat verməsini tələb ediblər. Tələblərinə isə yenidən bir yalan uydurmaqla 60 manat cərimənib.” 50 biz ədəcəyik ,10 manatını da sən ödəyərsən” deyə ona bildiriblər. Lakin vətəndaşa danışılan bu yalanların üstü səhəri gün açılıb. 10 manatlıq cərimə , rüşvəti almaq üçün suni olaraq 60 deyilib. Digər tərəfdən isə qalan pulun niyə tələb edilməsinə aydınlıq verilməyib. Vətəndaşın üzərində cəmi 50 azn olduğunu bilən DYP inspektorları pulu onun əlindən alaraq onu evinə buraxıblar. Onu sən demə birinci dəfə deyil ki bu tərzdə bölməyə gətirirlər. Bu hadisədən əvvəl də o eyni cür aldadaraq şöbəyə gətirilmiş, analiz götürülmüşdür. Analizi hər dəfəsində təmiz çıxan vətəndaşdan polis heç cür əl çəkə bilmir. Polisin qanunsuz hərəkətlərindən Arazın evində ciddi problemlər yaranıb və bu səbəbdən də ailə dağılmaq ərəfəsinə gəlib çatmışdır. Araz bildirir ki , ömür boyu siqaret içki tanımayıb, istifadəsin belə etməyibdir: “Lakin ikinci dəfədir ki, məni narkotik maddə testindən keçirmələri ailəmdə mənə qarşı inamsızlığa yol açmışdır. DYP əməkdaşlarının əlindən ailəm dağılmaq üzrədir. Elə bu səbəbdən də intihar etmək həddindəyəm” .

P.S. Bütün prossesdən təmiz çıxdıqdan sonra vətəndaşın nəqliyyat vasitəsini özünə verilməsidə mütləq “şirinlik” verilməsi tələb edilib. DYP əməkdaşları şəxsin cibindəki axırıncı çörək puluna qədər əlindən aldıqdan sonra vətəndaşın avtomobilini qaytararaq şöbədən çıxmasına izn veriblər. Vətəndaş evindən çıxarkən həyat yoldaşını qonaq getdiyi ünvandan gətirmək üçün gedirmiş. Saat 21:30 radələrindən 23:00 radələrinə qədər şöbədə əsasız olaraq saxlanılan vətəndaşın həqiqi mənada evində böyük narazılığa səbəb yaranıb. Gecikmə səbəbini yoldaşına deyən Araz ailəsində ona qarşı  münasibətin dəyişildiyini hiss edib. O güdən evində normal rəftarla qarşılanmayan Araz bu cür münasibətlə qarşılanması psioxoloji gərginlik yaşamasına səbəb olub. İçki , siqaret və alüdəçi maddələrdən uzaq olan bir şəxsin hər dəfə narkotik testindən keçirilməsi ailədə kişiyə qarşı şübhəli yanaşmanın yaranmasına səbəb olmuşdur. Beləki vətəndaşın ailəsinə belə sirayət edən qanunsuz saxlama həm onun cibinə, həm evində yaradılan problem bu günə qədər davam edir. İndi vətəndaşlara bu cür pisixoloji durum yaşanmasına səbəb olan polis əməkdaşları qanunun hansı maddəsi ilə cəzalanmalıdırlar? Xidməti vəzifələrin icra edərkən vətəndaşı aldatmaq , şöbələrə aparmaq, orda nəqliyyat vasitəsinə baxış keçirilməsi və digər baş verənləri  görən Asəf Mustafayev hansı cavabı verəcək, bizə də maraqlıdır.

Asəf müəllimlə əlaqə saxlamaqa çalışsaq da bu mümkün olmadı. Məsələ ilə bağlı adları keçən şəxslərin mövqeyini dinləməyə hazırq.

Ulutv.info