Masalı rayonunda evdə yanaraq ölənlərin şəxsiyyəti məlum olub.
Bunlar 2017-ci il təvəllüdlü Rövşən Elşən oğlu Nəzərov və 1962-ci il təvəllüdlü Allahverən Fəyyaz oğlu Nəzərovdur.
Onların yanmış meyitləri aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə dekabrın 15-də rayonun Güllütəpə kəndində qeydə alınıb.