Ermənilər ‘Maşa ilə Ayı’nın Azərbaycana həsr olunmuş seriyasını sildirdi-VİDEObackend

Ermənilər ‘Maşa ilə Ayı’nın Azərbaycana həsr olunmuş seriyasını sildirdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya istehsalı olan məşhur “Maşa və Ayı” cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi yutub səhifələrindən silinib.  

Avqustun əvvəlində “Cırtdan” xalq nağılı əsasında hazırlanan bölümü Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb.

Qeyd edək ki, cizgi filmində Azərbaycanın milli mətbəxində olan təndir çörəyi, paxlava, şəkərbura, dolma göstərilmiş, o cümlədən məşhur “Cücələrim” mahnısı da səsləndirilmişdi.