Tribuna İnformasiya Agentliyi

Martda 15 gün istirahət edəcəyik

15 Fevral
Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq.
TİA.AZ xəbər verir ki, 8 Mart – Qadınlar günü iş günü hesab edilmir.
Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə – yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.
Qeyd edək ki, şənbə və bazar günləri nəzərə alınmaqla, ümimlikdə 15 gün istirahət edəcəyik.