Tribuna İnformasiya Agentliyi

Marsda yeni kəşf – NASA-dan vacib açıqlama

08 İyun

“Curiosity” kosmik aparatı Mars planetində metan molekulları aşkarlayıb.

TİA.AZ  ICTnews-a istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda mətbuat konfransında ABŞ Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin günəş sisteminin tədqiqi şöbəsinin direktoru Pol Mahaffi məlumat verib.

Kosmik aparatın atmosferin tərkibini analiz edən spektrometri tərəfindən mövsümi metan tərəddüdləri qeydə alınıb – şimal yarımkürəsində qazın konsentrasiyası Marsda yayın sonunda ən yüksək həddə çatır və minimal göstəriciləri 2,7 dəfə üstələyir.

Bununla yanaşı, P.Mahaffi qeyd edib ki, metan molekullarının aşkarlanması Marsda həyatın mövcudluğunun aşkarlanması kimi başa düşülməməlidir. Mümkün qaz mənbəyi kimi alimlər mikrobların aktivliyini hesab edirlər.

Bundan əlavə, “Curiosity” aparatı üst qatda üç tip üzvi molekul aşkarlayıb.

“NASA” nümayəndələri bildirib ki, üzvi molekulların aşkarlanması bizə planetin yaşayış üçün yararlılıq tarixi haqqında məlumat verir:

“Bu ondan xəbər verir ki, bu qədim şərait həyatı dəstəkləyə bilər. Orada həyatın dəstəklənməsi üçün hər şey olub. Lakin bu, orada həyatın mövcud olması demək deyil”.