Marketlərdə süni qiymət artımı… – “Şikayət edənlər çoxdur”backend

Marketlərdə süni qiymət artımı… – “Şikayət edənlər çoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumiyyətlə, bütü dünyada hansı yeni texnologiya tətbiq olunarsa, hamısının mahiyyətində istehlakçını aldatmaq dayanır. Bu bəla Azərbaycandan da yan keçməyib”.

Bu fikirləri Lent.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib:

“Bizə gələn şikayətlərin çoxu dükanda taxçada məhsulun qiyməti bir cür, çıxışda skaner oxuyanda isə daha yuxarı qiymət göstərdiyi qeyd olunur. İstehlakçılar hər dəfə şikayət edəndə bildirirlər ki, yanlışlıq olub. Əgər, səhv olubsa, o zaman taxçada qiymət yuxar, skanerdə aşağı göstərsin. Bu cür səhv isə heç bir marketdə olmayıb. Burada süni qiymət artımı ilə istehlakçıların hüququ pozulur. İstehlakçı əsəbləşmədən bunu marketin rəhbərinə bildirməlidir. Onun hüququ var ki, taxçada yazılan qiyməti kassada ödəsin. Belə hallarda istehlakçılara məsləhət görürəm ki, İqtisadiyyat Nazirliyinin 195-2 çağrı mərkəzinə məlumat versinlər”.

Eyyub Hüseynov qeyd edir ki, bu gün marketlərdə başqa bir problem də “gündəm”dədir.

“Belə ki, çox məhsul alan insana bəzən artıq qiymət qeyd edirlər. Məsələn, Nizami küçəsində yerləşən “Grandmarket”də qabıqlı qoz almışam, ləpə qozun qiyməti vurulub. Mən bunu sonradan hiss elədim. 8 manatlıq məhsula 68 manat yazılmışdı. Mən kassa çekinə və bankdan gələn mesaja diqqət etməsəydim, 60 manat artıq ödəniş etməli olacaqdım. Ona görə istehlakçılara diqqətli olmağı məsləhət görürəm”.

AİB sədri bildirir ki, Azərbaycan hökuməti biznes qurumları üçün elə bir şərait yaradıb ki, heç kəs ona toxuna bilməz:

“Hökümətin bu siyasətini biznes qurumları qiymətləndirməyib, istehlakçıların cibinə girirlər.
Bu cür şikayətlə bizə müraciət edənlər çoxdur”.