Tribuna İnformasiya Agentliyi

Marketlərdə nə üçün çox pul xərcləyirik? – MARAQLI SƏBƏB

12 Oktyabr
Hamımız bir dəfə də olsa yalnız çörək və ya süd almağa çıxıb marketlərdən qucaq dolusu alış-verişlə qayıtmışıq. Bizi bu mübadiləyə sövq edən əslində marketlərin inanılmaz cəlbedici taktikalarıdır.
TİA.AZ Moderator.az-a istinadən xəbər verir ki, marketlərin daha çox pul xərcləməyimiz üçün tətbiq etdiyi ağlasığmaz marketinq metodları var
1. Göz səviyyəsi
Marketlər insanların nə istədiyini bilir və ən çox tələbat olan məhsulları göz səviyyənizə uyğun yerləşdirilərək aşağı əyilmə ehtimalınız aşağı olduğu üçün ucuz  qiymətli məhsulları alt rəflərə yerləşdirir.Uşaqlar tərəfindən arzulanan məhsullar isə onların göz sıralarına yaxın şəkildə rəflərə  yığılır.
2. Rahatladıcı musiqi 
Burada rahatlatıcı musiqi deyərkən yavaş tempdə səslənən musiqilər nəzərdə tutulur. Siz fərqində olmasanız da, marketinqlər hərəkətlərinizi musiqinin ritmi ilə uyğunlaşdırmağı bilirlər. Yəni daha sakit bir ritm daha ləng addımlara səbəb olur.
 
3. Qoxular
Qoxuların cazibəsini heç kəs inkar edə bilməz. Əgər soba bölməsinin qarşısından keçirsinizsə və iştahaçıcı bir qoxu hiss etmisinizsə böyük ehtimalla dönüb bölməyə bir göz atacaqsınız. Meyvə və tərəvəzlərin marketlərin girişinə yerləşdirilməsinin səbəbi də tam olaraq budur. Gözəl qoxular və canlı rənglər sayəsində müştərilər marketə girən kimi onlarda alış-veriş etmə hissi oyanır.
4. Süd məhsullarının yerləri 
Süd məhsulları və yumurtaların demək olar ki, heç vaxt marketin ön hissəsində yer almadığını fərq etmisinizmi? Süd, süd məhsulları və yumurtalar marketin ən populyar məhsullarındandır. Hər bir müştərinin ehtiyacı olduğu nəzərə alınaraq marketdə daha çox gəzməyi təmin etmək üçün bu məhsullar marketlərin ən ucqar guşələrinə yerləşdirilir.
5. Dar dəhlizlər
Marketə girərkən dar dəhlizdə başqasının alış-veriş səbəti ilə burun buruna gəlib qəribə anlar yaşamayan yəqin ki, yoxdur. Bəs bu dəhlizlərin nə üçün bu qədər dar olduğunu düşündünüzmü? Səbəbi təbii ki, də daha çox məhsula diqqət etməyinizi təmin etmək üçün yavaş-yavaş hərəkət etməyə istiqamətləndirməkdir. Bu azmış kimi eyni taktika ödəmə zamanı da istifadə edilir. Kassa sırası gözləyərkən dar bölmədə gözünüzə dəyən o saqqızı da almağa məcbur olursunuz.
6.Psixoloji qiymətləndirmə 
Yəqin ki hər kəsə məhsulun qiymətinin .00 yerinə .99 ilə bitdiyi maraqlıdır. Məhsulun qiymətindən yalnız 1 qəpik də olsa azaltmaq müştəridə qənaət çağırışı edərkən, 5.00 manatlıq bir məhsulun 4.99 olaraq satılması müştərilərin hissləri ilə oynayır. “Left-Digit Effect” olaraq adlandırılan bu təsir müştərinin 4.99 qiymətli məhsulu 4.00 kimi hiss etməsinə səbəb olur.