Mark Zukerberq sosial şəbəkələrin istifadəçilərindən üzr istəyibbackend

Mark Zukerberq sosial şəbəkələrin istifadəçilərindən üzr istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” qurucusu Mark Zukerberq bir sıra ölkələrdə “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinin işində yaranan problemə görə sosial şəbəkələrin istifadəçilərindən üzr istəyib.

TİA.AZ xəbər verir ki, bu barədə Mark Zukerberq özünün şəxsi feysbuk səhifəsində yazıb.

““Facebook”, “Instagram”, “WhatsApp” və “Messenger” yenidən onlayn işləməyə başlayıb. Bugünkü nasazlığa görə üzr istəyirəm. Yaxınlarınızla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm”, – o yazıb.

Qeyd edək ki, “Facebook”, “WhatsApp”, “Instagram”da problem yaranıb. Sosial şəbəkə platformalarındakı nasazlıq altı saatdan sonra aradan qaldırılıb.