Mark Zukerberq reklam boykotu səbəbindən ziyanla üzləşibbackend

Mark Zukerberq reklam boykotu səbəbindən ziyanla üzləşib

“Facebook” sosial şəbəkəsinin yaradıcısı və rəhbəri Mark Zukerberq onlara məxsus “Facebook”, “İnstagram” və “Twitter” sosial şəbəkələrində bir sıra iri şirkətlər tərəfindən reklamların dayandırılması üzündən 7,21 milyard ABŞ dolları maliyyə ziyanı ilə üzləşib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bir qədər əvvəl “Coca Cola”, “Verizon”, “Unilever” kimi böyük sahibkarlıq qurumları adıçəkilən şəbəkələrdə yerləşdirilən irqçi və aldadıcı məlumatların silinməsi üçün qətiyyət göstərilmədiyini əsas gətirərək orada reklam yerləşdirməyi dayandırdıqlarını açıqlamış, ABŞ-dakı nüfuzlu insan hüquqları təşkilatları da bu etiraz addımını dəstəkləmişdilər.

Belə ki, “Unilever”in reklamları dayandırıldıqdan sonra “Facebook”un səhmlərinin 8,3 faiz ucuzlaşdığı bildirilir.

Hazırda M.Zukerberqə məxsus aktivlərin ümumi dəyəri 82,3 milyard ABŞ dollarıdır. Nəticədə amerikalı sahibkar üç ən zəngin iş adamı siyahısındakı yerini Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun sahibi Bernar Arnoya təhvil verməli olub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki