Mariupolun blokadadan hərbi yolla çıxarılması indi mümkün deyil – Zelenskibackend

Mariupolun blokadadan hərbi yolla çıxarılması indi mümkün deyil – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, indi Ukrayna Silahlı Qüvvələri Mariupolu hərbi yolla blokadadan çıxara bilməz.
TİA.AZ xəbər verir ki, Zelenski bunu Fransanın BFM TV telekanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Ukrayna hakimiyyəti Mariupolu blokadan çıxarmaq üçün əlindən gələni edir.
“Mariupolun taleyi ilə bağlı saatlardan gedən söhbət doğrudur, çünki biz bilmirik ki, onlar orada neçə saat və ya neçə gün duruş gətirə bilərlər. Ordumuza gəlincə, onun 120 kilometrlik işğal olunmuş ərazidən keçərək Mariupol şəhərini hərbi blokadan çıxarılmasına nail olmaq üçün Rusiya Federasiyasının texnikası bizə imkan vermir. Bu doğrudur. Biz bunu bu gün edə bilmərik”, – deyə Zelenski bildirib.
Prezident hesab edir ki, Rusiyanın Mariupol blokadası daha çox müharibəyə deyil, “Rusiya Federasiyası tərəfindən keçirilən terror əməliyyatına” bənzəyir, çünki şəhərdə ukraynalı müdafiəçilərlə yanaşı, uşaqlar və qocalar da blokadadadır.
“Orada hər şey – bütün binaların 95-98%-i dağıdılıb”, – deyə Zelenski vurğulayıb və əlavə edib ki, söhbət məktəblər, uşaq bağçaları, yaşayış massivləri, fabriklər və sairdən gedir.
“Orada maksimum 3-4% canlı nəsə qalıb, bəli bu belədir”, – prezident deyib.