Mariupolda Rusiyanın yaratdığı “apokalipsis” – Videobackend

Mariupolda Rusiyanın yaratdığı “apokalipsis” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev çərşənbə günü bildirib ki, Rusiya qüvvələri Ukraynanın mühasirədə olan liman şəhəri Mariupolda Qırmızı Xaç Cəmiyyətinin obyektinə zərbələr endirib.

Bizimyol.info xəbər verir ki, “dailymail”ın məlumatına görə, rəsmilər humanitar fəlakətin davam edəcəyi barədə xəbərdarlıq ediblər.

“Mariupolda işğalçılar Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) binasını hədəfə alıblar”,- deyə Ukrayna ombudsmanı Lyudmyla Denisova sosial şəbəkədə verdiyi açıqlamada binanın təyyarə və artilleriya tərəfindən hədəf alınaraq bombardman edildiyini bildirib.

Hücum BQXK-nın Ukrayna və Rusiyanı yardımın çatdırılması və mülki şəxslərin həyati ehtiyacların sürətlə tükəndiyi şəhərdən təhlükəsiz evakuasiyası barədə razılığa gəlməyə çağırışından bir gün sonra baş verib.

Daha əvvəl apokaliptik dron görüntüləri şəhərdəki dağıntıların səviyyəsini göstərirdi. Şəhər merliyindən bu gün Vladimir Putinin əsgərlərinin doğum evindən 70 qadın və həkimi qaçıraraq Rusiyaya apardığını iddia edib.

Mariupol şəhər rəhbərliyi Moskva qüvvələri tərəfindən tamamilə darmadağın edilib. Fevralın 24-də Putinin işğalından əvvəl 400.000 insanın yaşadığı mənzərəli liman şəhərinin dağıdılmasının böyük miqyasını göstərən, havadan çəkilmiş şokedici videosunu paylaşıb.

“İndi şəhərin 20.000-dən çox sakini öz iradəsinə zidd olaraq Rusiyaya aparılıb. Orada Rusiyanın ucqar şəhərlərinə köçürülməmişdən əvvəl qaçırılmış şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri müsadirə edilib”, – deyə meriyanın Telegram kanalında bildirilib.

“Sol sahil rayonundan 2 saylı doğum evinin 70-dən çox sakini, qadın və tibb işçisi işğalçılardan zorla çıxararaq aparıblar”, – idarədən bildirilib.

Mariupol bir aydır mühasirəyə və intensiv bombardmana məruz qaldığından, rabitə əsasən kəsildiyi üçün məlumatı müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Martın 9-da Mariupolda doğum evinin Rusiya bombardmanına məruz qalması beynəlxalq qınaqlara səbəb oldu.

Hücum nəticəsində biri uşaq olmaqla azı üç nəfər ölüb.