Mariupol: Ruslar dinc sakinlərin sığındığı “Azovstal”a bombalar yağdırır (VİDEO)backend

Mariupol: Ruslar dinc sakinlərin sığındığı “Azovstal”a bombalar yağdırır (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mariupolda işğalçılar “Azovstal”ı bombalayır, artilleriya və tanklardan Levoberejnı rayonunun yaşayış sahəsini atəşə tutur.
TİA.AZ xəbər verir ki, bu barədə Telegram-da Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat verib.

 

“İşğalçılar təkcə “Azovstal”a güclü bombalarla deyil, həm də artilleriya və tanklardan Meotida bulvarından keçən xətt boyunca Sol Sahil rayonunun yaşayış sahəsinə xaotik zərbələr endirməkdə davam edirlər.
“Rusların özlərini tanıdan məcburi ağ lentləri nəzərə alsaq, işğalçılar dinc əhalidən Ukrayna snayperləri üçün “yem” kimi istifadə etməkdə davam edirlər”, – mer müşaviri bildirib.
Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lüdmila Denisova bildirib ki, “Azovstal” zavodunda minə yaxın yerli sakin Rusiyanın atəşindən gizlənib.
“Raşistlər Mariupolda azı 1000 mülki şəxsin gizləndiyi “Azovstal” zavodunun ərazisinə basqın etməyi planlaşdırdıqlarını bəyan edirlər. Şəhərin ukraynalı müdafiəçilərinin sözlərinə görə, evləri dağılmış və Rusiyaya filtrasiya düşərgələrinə göndərilmək istəməyən vətəndaşlar, o cümlədən qadınlar, uşaqlar və qocalar zavodun binalarında və zirzəmilərində qalır, oradan çıxarılmaq istəmirlər”, – o deyib.
Mariupol şəhər patrul polisinin rəisi Mixail Verşinin təsdiqləyib ki, həqiqətən də “Azovstal” zavodunun ərazisində çoxlu sayda mülki şəxs, o cümlədən qadın və uşaqlar var.
Mariupol meriyasının məlumatına görə, indi şəhər daxilində vətəndaşların Rusiya Federasiyasına deportasiya edilməzdən əvvəl saxlanıldığı dörd filtrasiya düşərgəsi haqqında məlumat var. Orada 20 mindən çox insan yerləşdirilib. Qonşu Bezımyannoye kəndində də 5-7 min vətəndaşın yaşadığı düşərgə var.
Ümumiyyətlə, mer Vadim Boyçenkonun sözlərinə görə, hazırda Mariupolda 100 min sakin var, daha 50 min dinc sakin isə şəhərin kənarındakı kəndlərdə yardım və təxliyyə gözləyir.
Dövlətə xəyanətdə şübhəli bilinən, bu yaxınlarda SBU tərəfindən yaxalanan xalq deputatı Viktor Medvedçuk Ukrayna prezidenti Volodimir Zelenskiyə və özünün xaç atası Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Medvedçuk prezidentlərdən onu Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişməyi xahiş edib.