Mariupol Rusiyanın təslim olmaq tələbini rədd etdi: Şiddətli döyüşlər gedirbackend

Mariupol Rusiyanın təslim olmaq tələbini rədd etdi: Şiddətli döyüşlər gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mühasirədəki şəhər Mariupolun müdafiəçiləri Rusiyanın təslim olmaq tələbini rədd edib.
Qaynarinfo bu barədə “Aljazeera” saytının məlumatına istinadən xəbər verir.
Şəhərdəki polad zavodu ərazisində yerləşmiş Ukrayna hərbi qüvvələri Rusiyanın “təslim olun, ya da öləcəksiniz” ultimatumunu rədd edib.
7 həftədir mühasirədə döyüşən şəhər alınarsa, bu, Rusiyanın tutduğu ən böyük zəhər olacaq və bundan sonra oradakı rus qüvvələri Ukraynanın şərqindəki döyüşlərə cəlb olunacaq. Həmçinin şəhərin alınması ilə Rusiya Krıma quru yolu əldə edə bilər.
Şənbə günü Rusiya silahlı qüvvələri şəhərin müdafiəçilərinə Moskva vaxtı ilə səhər 6-da təslim olmaları üçün ultimatum vermişdi.
Ukrayna baş naziri Denis Şmıxal isə Mariupoldakı qüvvələrin hələ də döyüşdüyünü açıqlayıb.
“Şəhər hələ də tam ələ keçirilməyib. Biz bu müharibədə axıra qədər, qalib gəlmək üçün vuruşacağıq”,- deyə Smıxal bildirib.
Rusiya mənbələri iddia edir ki 11 km2 ərazini əhatə edən zavod ərazisində 2500 ukraynalı və 400 xarici döyüşçü yeraltı tunellərdə gizlənib.
Şəhər polis idarəsinin rəhbəri Mixayıl Verişinin bildirir ki, uşaqlar daxil olmaqla çox sayda Mariupol sakinləri də zavod ərazisində gizləniblər.
Ukrayna rəsmilərinin məlumatına görə, şiddətli döyüşlər şəhərdə 21 min insanın ölümünə səbəb olub.
Həmçinin şəhərin 450 min əhalisindən 100 minin hələ də su, ərzaq, istilik və elektriksiz şəhərdə ilişib qaldığı bildirilir.
Mariupoldakı vəziyyəti qeyri-insani adlandıran prezidenti Zelenski rusların qəsdlə şəhərdəki hər kəsi məhv etmək istədiyini bildirib.