Maradonanın ölümü ilə bağlı sirlər üzə çıxır: Ekspertlər hesabat təqdim etdibackend

Maradonanın ölümü ilə bağlı sirlər üzə çıxır: Ekspertlər hesabat təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tibbi şura əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümündən əvvəlki son saatları və son günlərini, həmçinin həkimlərinin apardığı müalicəni araşdırıb. 
TİA.AZ xəbər verir ki, ekspertlərin nəticələri ilə bağlı materialı “Clarin” qəzeti çap edib.
Tibbi heyət üzvləri Maradonanın həkimlərinin hərəkətlərində səhvlər müəyyən edib. Beləliklə, onu fərqli bir şəkildə müalicə etməli ikən həkim və psixiatrlar onun ürək problemləri və sirrozuna yetərincə əhəmiyyət verməyiblər.
Bundan əlavə, komissiyanın əldə etdiyi nəticələr Maradonanın səhər otağında gəzişdiyini iddia edən tibb bacısının ifadələri ilə ziddiyyət təşkil edir. Ancaq mütəxəssislər onun çox əvvəl öldüyünü təsbit ediblər.
Qəzetin yazdığına görə, bu hesabat Maradonanın ölümü ilə bağlı daha sərt ittihamlara səbəb ola bilər.