Tribuna İnformasiya Agentliyi

Maqnus Karlsen şahmat üzrə dünya çempionu titulunu qoruyub

29 Noyabr

Norveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionu titulunu qoruyub.

“Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster şahmat tacı uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuananı tay-breykdə üstələməyi bacarıb. O, hər biri 25 dəqiqədən ibarət rapiddə ardıcıl 3 görüşdə və dörd partiyalıq mini-matçda qələbə qazanıb.

Beləliklə, Karlsen 5 ildir, ələ keçirdiyi dünya çempionluğunu özündə saxlamağı bacarıb.