access_time Dərc olunub: 12:54
Putinə TƏKLİF: “O ölkəni bombalayaq!”

Rusiya ABŞ-ın Suriya aviabazasına zərbəsinə cavab olaraq artilleriya və reaktiv yaylım atəş sistemlərindən Ukraynaya raketlər ata bilərdi.


TİA.AZ  xəbər verir ki, belə təkliflə Rusiya yazıçısı Aleksandr Proxanov çıxış edib.

“Mən Amerikaya artilleriya və reaktiv yaylım atəş sistemlərindən Ukraynaya raketlər atmaqla cavab verərdim. Bu, tamamilə adekvat olacaq və BMT-nin xüsusi razılığı olmadan. Bu, Amerika “hədiyyəsinə” yaxşı rus cavabı olardı”, - o deyib.


Qeyd edək ki, ABŞ Aralıq dənizində olan iki gəmidən aprelin 7-də yerli vaxtla gecə saat təxminən 4-də Suriya ərazisində yerləşən Şayrat aerodromuna raket zərbələri endirib.

ABŞ-ın iddiasına görə, raket zərbələri Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib.

Aralıq dənizində olan ABŞ-ın iki hərbi gəmisindən azı 59 "Tomaqavk" raketi atılıb. Suriya tərəfinin məlumatına görə, 10 nəfər ölüb.

ABŞ-ın zərbələrindən sonra Rusiya donanmasını təcili Suriyaya qaytarmağa qərar verib.

Şərhlər