access_time Dərc olunub: 19:04
Güzəştli ipoteka krediti üçün ilkin ödənişin məbləği aşağı salındı

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.


Trend-in məlumatına görə, dəyişikliklərə əsasən Qaydanın 3.1.4-cü yarımbənddə “qeydiyyatına” sözündən sonra “, o cümlədən qabaqcadan qeydiyyata” sözləri əlavə edilir:

"3.1.4. kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmışyaşayış  sahəsinin alınmasına verilməlidir;"

3.1.5-ci yarımbənddə “və təmirli” sözləri “və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli” sözləri ilə əvəz edilir:


"3.1.5. kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına verilməlidir;"

Bundan başqa, 3.1.8-ci yarımbənddə “85” rəqəmləri (hər iki halda) “90” rəqəmləri ilə əvəz edilir:

"3.1.8. güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90faizi həcmində verilməlidir (güzəştli ipoteka  kreditinin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);"

Şərhlər