access_time Dərc olunub: 19:06
ABŞ-dan İsrailə böyük dəstək

Respublikaçı senatorlar Mark Rubio, Din Heller və Ted Kruz ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi üçün qanun layihəsi hazırlayıblar.


TİA.AZ xəbər verir ki, Tramp bundan öncə təşviqat kampaniyası zamanı İsraili ABŞ-a ən yaxın dost adlandırmış və prezident seçiləcəyi təqdirdə Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını bildirmişdi. Keçən ay isə Trampın baş müşaviri Killian Konvey də Amerikanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsinin Trampın əsas prioritetlərindən biri olduğunu açıqlamışdı.

İsrail Qüdsü öz paytaxtı sayır. Tel-Əvivlə bərabər Fələstin də bu şəhərə iddia edir. İslam dünyası isə Qüdsün İsrail paytaxtı olmasına kəskin etiraz edir. Amerika artıq 1995-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, amma nə Bill Klinton, nə Corc Buş, nə də Barak Obama Amerika səfirliyinin Qüdsə köçürülməsinə imkan verib. Səbəb kimi isə təhlükəsizlik məsələsi önə çəkilib.

Şərhlər