access_time Dərc olunub: 14:44
İranın Şuşa məscidini farslaşdırmaq niyyəti — Araşdırmaçı alimdən buna sərt cavab

İrana məxsus "Badkubeh" saytında Şuşada erməni işğalında olan Yuxarı Gövhər ağa məscidi və Aşağı Gövhər ağa məscidi barədə material gedib.Sayt ciddi cəhdlə iddia edir ki, bu məscidlərin tikilməsi iranın nüfuzlu ailələri, xüsusilə də elit kütlələrin ailələri bu şəhər və ətrafında yaşayıblar. Şuşa incəsənəti və memarlığının bir hissəsi də elə bu iranlıların oradakı yaşaması ilə əlaqədardır. İddianın davamı olaraq sayt məscidləri iranlıların Sufla  Yuxarı məscidi adlandırır.Məsələ ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev TİA.AZ-a münasibət bildirib:"Bu saytda qədim türk şəhəri olan Şuşanın çox uğursuz formada farslaşdırılmasını görmək olar. İlk olaraq Şuşa şəhəri haqqında qısa bir məlumat verim ki, eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən “Şişə” (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Türklərin məskunlaşdığı ən müxtəlif yerlərdə Şuşa, Şoşu, Şuşi formalarında yaşayış məntəqələri, yer adları olmuşdur. Bir çox tədqiqatçılar Şuşa sözünü türk dilində mənası “uc”, “yüksək” olan “şiş” komponenti ilə izah edirlər. Bir sözlə Şuşanın farslarla heç bir bağlığı yoxdur".Şuşadakı məscidlərin kimlər tərəfindən tikilməsinə gəldikdə isə araşdırmaçı bildirib ki, Şuşada hər iki məscid İbrahim Xəlil xan Cavanşirin qızı Gövhər ağanın adı ilə bağlıdır:"İbrahim Xəlil xan da türk boyu olan cavanşirlərdəndir ki, onların da farslarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Tarixi mənbələrə nəzər saldıqda görərik ki, indiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarqu və qamışdan bir məscid olub. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilib. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olub. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirib. Ancaq məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülüb və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilib. Daha sonra Gövhər ağa XIX əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirdi ki, bu indi "Aşağı Gövhər ağa məscidi" adlanır və xarabalığı hal-hazırda Şuşada durur. Şuşa qalasında Gövhər ağanın adını daşıyan iki məscidin tikilməsi eyni məzhəbin fərqli cərəyanlarına mənsub insanlara ibadət üçün şərait yaratmaq məqsədi güdüb. Bu məscidlər arasında məsafə bir-iki yüz metrdir. Hər iki məscid Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.Qeyd edim ki, Şuşa başda olmaqla Qarabağın işğalından sonra Ermənistan tərəfindən digər rayonların məscidləri ilə bağlı işğalçı dövlət aşağıdakı addımları atıb:
1. Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan məscidlərin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilib.
2. Məscidin minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları uçurdulub, komunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınıb.
3. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılıb.
4. Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılıb.
5. Ermənilər hal-hazıırda Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması üçün, yəni tövlə kimi istifadə edirlər.İran tərəf məscidləri bərpa və yaxud təmir etmək istəyirsə bunun üçün təşəkkür etməliyik. Ancaq qədim türk yurdu olan Qarabağ ərazilərinin və mədəni-dini abidələrini farslaşdırmaq bu heç bir ölçüyə sığmır".

 

Şərhlər