access_time Dərc olunub: 15:23
Kontakt Home KEYFİYYƏTSİZ MAL VƏ KREDİT FIRILDAĞI İLƏ MÜŞTƏRİLƏRİ NECƏ ALDADIR?

Kontakt Home mağazalarından alınan malların keyfiyyəti bir çox hallarda müştərilərdə narazılıq yaradır. Sözügedən mağazadan aldığı telefonun keyfiyyətsiz olduğunu görən Nicat Quluzadənin  TİA.AZ-a olan şikayətini olduğu kimi təqdim edirik: “Dünən aldığım telefonda zavod defekti aşkar etdim və bugün dəyişdirmək üçün müraciət etdim. Məni servisə yönəltdilər ki, rəsmi rəy alım. Az qala mikroskop altında yoxlayıb hansısa cızıq tapdılar.  Təki dəyişdirilməsin. Zor zülüm dəyişdirib yenisi ilə əvəz etdim. Amma bugün ərzində itirdiyim zamanı, bunun müqabilində dəyən maddi ziyanı heç nə əvəz edə bilməz. Bir neçə müştəri ilə görüşüm təxirə düşdü.

Digər bir alıcı Taleh Həsənov isə bildirir ki, Kontakt Home mağazalarından360 AZN-lik telefonu 1 illik kreditle 600 AZN-ə əldə edib. Lakin reklamlarda mağazadan faizsiz kreditlə istənilən əşyanı almaq imkanından bəhs edilir.”Bu mağazadan blender alan Aytən Əhmədli isə bildirir ki, Kontakt Home mağazalarında satılan malların əksəri keyffiyyətsizdir: “Ordan 75 manata blendr aldim. Onun da ucluğu düşdü. Dəyişdirmək üçün getmədim. Çünki adamı günlərlə süründürürlər və nəticəsiz qalır.

İki ədəd ev telefonu aldım. Onlardan da biri xarab çıxdı. Onu da zülmnən iki aya dəyişdilər.”Digər bir müştəri Aysel Cavadova da  Kontakt Home mağazasından narazıdır: “Yoldaşım ordan mənə telefon aldı. Orda yoxlamayıb. Telefon donur, kimləsə danışandan səs kəsilir, eşidilmir. Telefonun qutusunda heç bir aksesuar yox idi. Eləcə tək bir qutuda vermişdilər.”Müştərilərin daha çox şikayət etdiyi məqam isə kreditlə bağlıdır. Beləki, mağazanın kredit mütəxəssisi elanlarda kreditin ilkin ödənişsiz olduğu bildirilsə də,  tam əksinə hərəkət edir. Yəni, mütəridən xidmət haqqı olaraq 18 manat tələb olunur. Bu isə müştərinin aldatılmasıdır.

NÜŞABƏ
TİA.AZ

Şərhlər