access_time Dərc olunub: 09:11
Oğlu bir nəfərin ölümü ilə nəticələn qəza tərədən məmurun adı gizilədilir

Bakıda «Gelandewagen» daha bir can aldı — Sürücü məmur oğlu imiş


TİA.AZ bildirir ki, dünən Aeroport yolunda dəhşətli qəza baş veribBelə ki, «Mercedes Gelandewagen» markalı avtomobil yol kənarında dayanmış digər «Mercedes» markalı avtomobilə çırpılıb. Yayılan məlumatlara görə hadisə nəticəsində vurulan «Mercedes»in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib.

Əldə edilən məlumata görə «Gelandewagen»in sürücüsü yüksək vəzifəli məmurlardan birinin oğludur. Bu gün isə TİA.AZ-a daxil olan məlumata görə bir nəfərin ölümünə səbəb olan «Mercedes Gelandewagen»in  sahibi  yüksək vəzifə sahibi olduğundan hər vəchlə adının  mətbuatda hallanmamasına çalışır və öz əlaqələrindən istifadə edərək müəyyən mənada  buna nail olub.Buna, məlumat mətbuatda yayılandan sonra adətən belə hallarda olduğu kimi  təfərrüatlarının üzə çıxıb yayılmaması da sübut ola bilər.

Ancaq buna rəğmən, oğlu insan ölümünə səbəb  olan ağır qəza törədən yüksək vəzifəli məmur bu məlumatı nə qədər  gizlətməyə çalışsa da müəyyən məlumatlar sızıb və həmin məmurun kimliyi haqda  məlumatlar ola bilsin yaxın zamanlarda mətbuatda dərc olunaraq bəlli olacaq.

 TİA.AZ 

 

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort