access_time Dərc olunub: 10:52
Piyadanı keçiddə vuran məmur oğlunun yüzminlik maşın kolleksiyası - FOTOLAR

Bakıda "Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vuran Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşovun avtomobillərinin görüntüləri yayılıb.
 
TİA.AZ GoldNews.Az-a istinadən xəbər verir ki, sabiq məmur oğlunun bir deyil, bir neçə avtomobili var. Belə ki, onun avtomobilinin dövlət nömrə nişanı olan 90 AA 707 müxtəlif vaxtlarda iki müxtəlif markalı Range Rover və Porshe markalı avtomobillərin üzərində olub. Qəza baş verən zaman isə sabiq məmur oğlu  "Jeep” markalı nəqliyyat vasitəsini idarə edirmiş.
 
Qeyd edək ki, hadisə oktyabrın 17-də, saat 11:25 radələrində Bakıda, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında qeydə alınıb. Hadisənin görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Görüntülərdən məlum olur ki, "Jeep” markalı avtomobil hadisəni qarşı yolda - üzü 20 nömrəli məktəbdən Nərimanov heykəlinə gedən yolun əks tərəfində törədib. Hadisəyə səbəb yüksək sürət və düzgün ara məsafəsi saxlamamaqdır. Videodan da göründüyü kimi, sürücü piyada keçidindən keçən xanıma yol verən digər avtomobillərlə toqquşmamaq üçün sükanı sola qaçırıb. Əks istiqamətli yola çıxaraq keçidin üzərindəki qızı vurub.
 
Arif Qaraşov açıqlamasında bildirmişdi ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub. Lakin görüntülərdən də məlum olur ki, avtomobildən bir neçə nəfər düşür, yaralı qızı maşına qoyaraq hadisə yerindən uzaqlaşırlar.


 

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort