access_time Dərc olunub: 13:51
İNSİDENTƏ GÖRƏ HƏBS OLUNANLARIN İKİSİ "HAFKA"NIN CANGÜDƏNLƏRİDİR


Xəbər verdiliyi kimi, dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bir qrup şəxs tərəfindən bıçaqlanıb. Silahlı şəxslər onları təqib edən Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni güllələyiblər.


TİA.AZ-ın bu gün əldə etdiyi məlumata görə silahlı insidentə görə saxlanılanlar-İsmayılov Məhəmməd Həsən oğlu və Həsənov Emin Vaqifoğlu Hafiz Məmmədovun cangüdənləridir.Xatırladaq ki,dünən “Moderator.az”ın verdiyi məlumata görə, M. Mədətova silahlı basqın edən şəxslərin biznes aləmində tanınmış bir şəxsin mühafizə dəstəsinin üzvləri olduğu bildirilir.

Məlumata görə bu şəxs “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovdur və o, hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində həbs edilib.


Qeyd edək ki, Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda törədilən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vuraraq ona xəsarət yetiriblər.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

 

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.


TİA.AZ “Qafqazinfo”-ya istinadən bildirir ki, M. Mədətovu bıçaqlayanlara qarşı keçirilən əməliyyat zamanı rəis müavini, polis polkovniki Orxan Axundzadəni güllələyən şəxslərin olduğu 90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşının sahibinin kimliyini öyrənib. Məlum olub ki, avtomobil Rüfət Azad oğlu Abdullayevə məxsudur. Etibarnamə ilə isə Emin Həsənov idarə edib. Sözügüdən şəxs Mədətova və rəis müavininə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.

Bu arada qeyd edək ki, Rüfət Abdullayevin atası Azad Abdullayev tanınmış biznesmendir. Mediada "Hafka"nın ortağı kimi təqdim olunan Abdullayevlə bağlı dəfələrlə məlumat yayımlanıb.

Sonuncu dəfə iş adamının oğlu Rüfət Abdullayev “Maserati”sinin yanması ilə gündəmə gəlmişdi.
TİA.AZ

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort