access_time Dərc olunub: 12:09
Bakıda xəstəxanada 40 dərəcə qızdırması olan uşağa baxmağa həkim tapılmadı – VİDEO

Bakıda poliklinikada xəstə uşağa tibbi yardım göstərməyə həkim tapılmadı. A24.Az xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı birləşmiş şəhər xəstəxanasının poliklinikasında baş verib.
Bu barədə uşağın atası Tural Yasinov məlumat verib. Belə ki, həkimlərin laqeydliyi görən ata baş verənləri mobil telefonuna çəkərək yayımlayıb və qəzəbini dilə gətirib. “40 dərəcə temperaturu olan uşağı axşam saat 6-da Maştağada 7 nömrəli xəstəxanaya aparmışıq. Bu boyda xəstəxanada heç bir həkim yoxdur. Ancaq tibb bacısı var. Uşaq az qala qızdırmadan öləcək, amma ona baxacaq bir növbətçi həkim tapılmır. Baş həkimə də zəng çatmır. Məcbur qalıb Əmircandakı 8 nömrəli xəstəxanaya apardıq. Xahiş edirəm, Səhiyyə Nazirliyi bu məsələrə ciddi yanaşsın. Dövlətin xəstəxanasında həkim tapılmır. Uşaq orada ölsə, kim cavabdeh olacaqdı?”
TİA.AZ

Şərhlər