access_time Dərc olunub: 11:21
İlham Əliyev Latviyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev və bir neçə gündən sonra Latviyaya rəsmi səfərə gedəcək.

Dövlət başçısını səfər zamanı 50-dən çox aparıcı müəssisənin nümayəndəsi müşayiət edəcək.

Səfər çərçivəsində paytaxt Riqa şəhərində Azərbaycan-Latviya biznes-forumu keçiriləcək. Tədbir Latviyanın İnvestisiya və İnkişaf Agentliyi tərəfindən iyulun 17-də təşkil olunacaq.

Səfər Latviya prezidenti Raymond Veyonisin dəvəti ilə həyata keçiriləcək.(Report) 

Şərhlər