access_time Dərc olunub: 16:57
İlham Əliyev fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.


TİA.AZ xəbər verir ki, fərmana əsasən, “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinə bu Fərmandan irəli gələn məsələləri həll etmək barədə göstəriş verilib.

Şərhlər